İranda internet kəsintisi ölkəyə gündəlik 176 milyon dollar (300 milyon manat) zərər vurur.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, internet kəsintilərinin ölkədə bir çox qurum və müəssisələrə də ziyan vurduğu bildirilib. İnternetdə yaşanan problemlərin səbəbi isə 15 noyabr tarixində benzinin qiymətinin qalxmasından sonra insanların etirazları olub.

16 noyabr tarixində İranda əngəllənən internet sistemi 25 noyabr tarixindən açılıb, lakin hələ də internetdə problemlər yaşanır.