Space Tv-də yayımlanan «Gəl dərdini danış» verilişində ərinin yası günü  Bərdə rayonunda qardaşının qayınatası ilə tutulan Nərminə sualları cavablandırıb.

Unikal.org xəbər verir ki, onun sözlərinə görə həmin gün evə gələn Həbib qohumudur. "O, mənim dayımdır. Yemək yeməyə gəlmişdi. Baldızım Sevinc mənə şər atır. Mən balalarımı istəyirəm" deyə Nərminə bildirib. 

Qeyd edək ki, Nərminənin baldızı Sevinc xanım verilişə müraciət edərək qardaşının yası günü qardaşı arvadını başqa kişi ilə lüt tutduğunu bildirib. Hətta bu işin üstünü Nərminənin oğlu açıb. Belə ki, oğul anasından şübhələndiyi bibisinə söyləyib. 

Bu gün isə teleaparıcı Amil Xəlil evə gələn və polis tərəfindən tutulan Həbibin etirafını «Gəl dərdini danış»da olduğu kimi təqdim edəcəyini bildirib. Həmin görüntüləri təqdim edirik. 

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 12:50 də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır.