Bakıda küçədən meyit tapılıb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayonun küçələrinin birində təxminən 60-65 yaşlarında kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində meyitin Masallı rayon sakini, 1956-ci il təvəllüdlü Cavadov Mürsəl Qulam oğluna aid olması müəyyən edilib.

M. Cavadovun ölüm səbəbi araşdırılır.