Bərdədə Rayonda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə rayonun Bakı küçəsində qeydə alınıb.
Belə ki, Bərdə rayon 32-lər kənd sakini, 39 yaşlı Allahverdiyev Nicat Vidadi oğlu Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Fehruz Novruz oğlu tərəfindən 8 bıçaq zərbəsi ilə bıçaqlanıb.
Yaralı yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Rayon Polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır.