ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, nəzərdə tutulan növbəti sanksiyalar Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə komplekslərinə görədir.
Komitədə demokratları təmsil edən Robert Menendes “twitter” səhifəsində qeyd edib ki, qanun layihəsində Suriyada hərbi əməliyyatda iştirak edən Türkiyə səlahiyyətlilərinə, xüsusilə Müdafiə naziri Hulusi Akara qarşı məhdudiyyətlər nəzərdə tutulur.