Dekabrın 11-də saat 15 radələrində Gəncə şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Samux rayon sakini R.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Şəbnəm Əmrahovanı vurub. Nəticədə ağır xəsarət almış piyada xəstəxanada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.