ABŞ-ın yeni müdafiə naziri Mark Esper Türkiyənin NATO-da uzaqlaşması və Rusiya ilə yaxınlaşmasının böyük problem yaradacağını deyib.
Unikal.org xəbər verir ki, bunu nazir Təmsilçilər Məclisi Silahlı Qüvvətlər Komitəsinin iclası zamanı söyləyib:
“Məncə, Beynəlxalq müdafiə strategiyamıza uyğun olaraq Rusiyaya qarşı çıxmağın əsas yolu NATO-dakı müttəfiqlərimiz vasitəsilə hərəkət etməliyik”.
Pentaqon rəhbəri Suriya və Türkiyə mövzusuna da toxunub:
“Məni ən çox Türkiyənin Rusiyaya yaxınlaşması və NATO-dan uzaqlaşması narahat edir. Qarşımızdakı məqsəd Türkiyəni geri çağıra bilib, NATO-ya yaxınlaşdırmaqdır. Çünki onların əsas tərəfdaş olduğunu düşünürəm. 70 il ərzində bir olublar”.
Gülayə Mecid