Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb.
Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda baş verib.
Pakistan vətəndaşı, 1978-ci il təvəllüdlü Asoqullah Saxeda Jan Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, gecə saatlarında Səbail rayonu, M.Hüseyn küçəsi, 2 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.