Samsunda maraqlı hadisə yaşanıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, həyat yoldaşının maşınını satmaq istəyən Muharrəm K. ilə arvadı Hatun K. arasında mübahisə yaşanıb. Belə ki, həyat yoldaşının sənədləri gizlətməsinə əsəbləşən adam maşını yandırıb və videosunu "WhatsApp"la Hatun K.-ya göndərib.
Hadisə yerinə yanğınsöndürən və polis cəlb olunub. Avtomobil tamamilə yanaraq dəmir yığınına çevrilib.