Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.