ABŞ Konqresinin Senatı dövlət katibinin müavini Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəstəkləyib.
Unikal.org ” “TASS”a istinadən xəbər verir ki, onun namizədliyini 70 senator dəstəkləyib, 22 nəfər əleyhinə səs verib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 17-də qanunvericilərə Sallivanın Moskvada səfir vəzifəsinə namizədliyinə baxmaq təklifini göndərib. Bundan iki həftə əvvəl - oktyabrın 3-də Con Hantsmanın səlahiyyət müddəti başa çatıb. O, 2017-ci ilin oktyabrında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri təyin edilmişdi.
2018-ci il aprelin 1-dən 26-dək Sallivan Reks Tillersonun istefası ilə əlaqədar olaraq dövlət katibi vəzifəsini icra edib. 2019-cu ilin iyul ayında Sallivan Rusiya ilə strateji təhlükəsizlik mövzusunda danışıqlar aparmaq üçün Cenevrəyə gedən ABŞ nümayəndə heyətinə rəhbərlik edib.