AB liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmaq qərarına gəliblər.
Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” Avropa Şurasındakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, dekabrın 12-də keçirilən AB sammitində liderlər təkcə iqlim problemlərini deyil, digər məsələləri də müzakirə ediblər.
“Onların arasında Rusiya da var idi. Sanksiyalar uzadıldı”, - deyə mənbə bildirib.
Bundan əvvəl, Avropa Birliyinin dövlət və hökumət başçılarının Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcəyi bildirilib.