Türkiyədə qəribə hadisə baş verib.
Unikal.org xəbər verir ki, 18 yaşlı Doğa Düzgün adlı qadın sosial şəbəkədə tanış olduğu gənci həyatda görən zaman şoka düşüb. Ancaq buna baxmayaraq gənc qız özünü Avtosalon sahibi kimi təqdim edən Ali İhsan Düzgünlə ailə həyatı qurub. Bir müddət sonra tərk edilib.
Gənc qadın başına gələnləri Türkiyənin Atv kanalında yayımlanan Esra Erolun verilişində danışıb. Doğanın bildirdiyinə görə, şəkildəki şəxslə görüşdüyü şəxsin eyni olmadığını görsə də Ali İhsan onun ürəyini qazanmağa çalışıb. Doğanı razı salaraq özünün yaşadığı Konya şəhərinə aparıb.
Qadın iddia edib ki, 3 həftə kənddə Ali İhsan və ailəsiylə birlikdə yaşayıb və şiddət görüb. Kənddə xəstəlik tapdığını deyən Doğa və bu səbəbdən həyat yoldaşıyla birlikdə İzmirə öz ailəsinin yanına gəlib. 2 ay öncə isə həyat yoldaşı qayıdacam deyərək onu tərk edib. Ancaq bu müddət ərzində o ərindən xəbər ala bilməyib.
Verilişdə Ali İhsanla telefon əlaqəsi saxlayıblar. Xarici model kişi fotolarıyla yazışan Ali İhsan başqa adamlarla da bu cür yazışdığını etiraf edib və " Öz fotolarımla yazışsaydım heç kim mənə baxmazdı" -deyə bildirib.