Bir neçə gün öncə Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğından sonra sahibkarlara dəyən külli miqdarda ziyanın taleyi ilə bağlı görüş keçirilib. Bu gün keçirilən görüşdə «Eurohome» ticarət mərkəzinin rəhbəri Azay Möhnətov da iştirak edib. 

Unikal.org-a açıqlama verən bir qrup zərərçəkən bildirib ki, ticarət mərkəzinin rəhbərliyi onlara kompensasiya ödənilməsi ilə bağlı məlumat verməyib. 

Sahibkarlar onu da əlavə ediblər ki, “EuroHome” tikinti materialları bazarı yanmamışdan öncə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları buraya baxış keçiriblər: "Bizə 55 manata yanğınsöndürən balon satdılar. Yağın zamanı onların içi boş olduğunu bildik".

Muxbir: Hüseyn İsgəndərov

Operator: Müzəffər İsmayılov