Tərtərdə yetkinlik yaşına çatmayan gəlin evdən qaçıb.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə qadının həyat yoldaşı Ağani Mahir Azad oğlu məlumat verib.
O bildirib ki, Tərtər şəhəri, M.F.Axundov küçəsi 31 saylı evdə onunla birlikdə qeyri-rəsmi nigahda yaşayan həyat yoldaşı, 2002-ci il təvəllüdlü Məmmədova Fatma Murtuz qızı noyabrın 29-dan 30-na keçən gecə əşyalarını yığaraq yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.