Xəzər rayonunun Qala qəsəbəsi ərazisindəki mağazalardan birinin seyfindən pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə dekabrın 12-də baş verib.
Qala qəsəbəsi ərazisindəki mağazaların birindən seyfdən 1000 manat pulun oğurlanması barədə 1-ci Polis Şöbəsinə müraciət daxil olub. 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.