Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin bir qrup sakini etiraz aksiyası keçirib.
Unikal.org xəbər verir ki, bu barədə bloqer Mehman Hüseynov məlumat verib. M. Hüseynov bildirib ki, sakinlər etiraz əlaməti olaraq çoxmənzilli yaşayış binasının damına çıxıblar:
“Onlar deyir ki, problemləri su, qaz, işıqla bağlıdır. Suraxanı Rayon İcra Hakimiyyəti, Bələdiyyə sakinlərin şikayətinə baxmır”.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hadisə yerinə gəlib.