"Boko Haram" terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatının Maqumeri şəhərinə hücüm edərək azı 15 nəfəri öldürüb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın deputatı Osman Zann bildirib.
Onun sözlərinə görə, silahlılarla atışmada təhlükəsizlik xidmətinin və könüllülərin 8 döyüşçüsü, habelə 7 dinc sakin həlak olub.
Silahlılar Maqumeriyə 11 avtomobildə soxulublar. Şahidlər bildirib ki, terrorçular iri kalibrli pulemyotlardan istifadə ediblər.