Azərbaycan Ordusunun keçmiş korpus komandiri, istefada olan general-mayor Qabil Məmmədov 2020-ci il fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Unikal.org xəbər verir ki, Q.Məmmədov bu barədə "Facebook" hesabında məlumat yayıb.
O, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.