Bu gün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 14-cü ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə təntənəli tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kütləvi informasiya vasitələrinə müraciət edib.
Nazir kütləvi informasiya vasitələrinə müraciət edərək onları nazirliyin fəaliyyəti, xüsusilə son zamanlar baş verən yanğınlar və onların söndürülməsi ilə bağlı qeyri-obyektiv, yoxlanılmamış, müxtəlif neqativ məqsədlərə xidmət edən, dedi-qodu xarakterli məlumatları deyil, nazirliyin rəsmi mövqeyini işıqlandırmağa və bununla da hadisələr zamanı həyatlarını riskə ataraq fədakarlıq nümunəsi göstərən yanğınsöndürən və xilasedicilərin əməyini heçə endirməməyə və fəlakətlər zamanı əhali arasında mümkün təşvişin qarşısını almaqda yardımçı olmağa çağırıb.
Orxan Həsənli