Türkiyənin Əskişəhər vilayətində Fətullah Terror Təşkilatının (FETÖ) üzvü olduqları iddiasıyla mühakimə olunan iki şəxsə 6 il 3 ay həbs cəzası verilib.
Unikal.org xəbər verir ki, Baş tutan Məhkəməyə şərti azadlıqda olan Azərbaycan əsilli Türkiyə vatandaşı olan Sabina Maylıba öz vəkili ilə qatılıb. S.Maylıba FETÖ-nün bölgə üzrə təşkilantlandırılmasında günahlandırılır. Haqqındakı iddiaları rədd edən qadın məhkəmədən bəraətini tələb edib.
Ancaq Məhkəmə heyəti Maylıbanın tələbini qəbul etməyib və onu "silahlı terror təşkilatı üzvü olmaqda günahlandıraraq 6 il 3 ay həbs cəzası verib.
Digər mühakimə olunan şəxs isə Ayfer Oral da 6 il 3 ay həbs cəzası alıb.