Azərbaycanda seçkilərlə bağı yaradılan müstəqil media mərkəzləri başqa yerlərdə bir nümunə kimi göstərilir.

Unikal.org-un məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar da yaxın günlərdə Müstəqil Media Mərkəzi yaradılacaq:

“Ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır. Bu media mərkəzi başqa yerlərdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər”.