Dekabrın 18-də "Azərişıq" ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Salyanda vətəndaşları qəbul edib.

ASC-nin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, qəbulda Salyan və Neftçala rayonlarından olan vətəndaşlar iştirak edibler.

Əhalinin müraciətlərini dinləyən V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verilib. Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.