Sabah saat 11:30-dan 14:00-a qədər Abşeron rayonunun Saray qəsəbəsinin bəzi ərazilərinin (badam bağları), eləcə də Novxanı qəsəbəsinin bir hissəsinin elektrik enerjisi təchizatında qısamuddətli fasilə yaranacaq.

Bu barədə Unikal.org-a “Azərişıq” ASC-dən məlumat verliib.

Onun sözlərinə görə, fasiləyə səbəb Sumqayıt 110/35/10 kVt-luq yarımstansiyasından çıxan və Saray qəsəbəsinin bəzi ərazilərini qidalandıran iki dövrəli 10 kVt-luq “Saray 3” və “Saray 8” xətlərində aparılan yenidənqurma işləridir.

“Azərişıq” yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyir.