Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu iş başında yaxalanıb. 

İH-dən Unikal.org-a verilən məlumata görə, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib. 

Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, Azərbaycanda İcra başçısı iş başında həbs edilməsi ilə bağlı xəbəri BakuPost yayıb. 

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə,  N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.

Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.

Orxan Həsənli