Bakıda 31 yaşlı taksi sürücüsü itkin düşüb.
Unikal.org-un xəbərinə görə, hadisə dekabrın 17-də paytaxtın Suraxanı rayon ərazisində baş verib.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan, 1988-ci il təvəllüdlü Hüseyn Bayramov yaşadığı Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra H.Bayramovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, H.Bayramov evlidir, iki azyaşlı övladı var.