Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Moskva prospektində kamera quraşdırıb.

Unikal.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev AVTO FM radiosunun efirində bildirib.

"Kamera dünəndən tam aktiv şəkildə fəaliyyət göstərir. Sürücüləri həmin ərazidə diqqətli olmağa çağırırıq, qayda pozuntuları kamera vasitəsilə aşkar ediləcək", - deyə o, qeyd edib.