Ötən gün DTX əməkdaşları tərəfindən saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov barəsində məhkəmə qərar verib.
Unikal.org xəbər verir ki, Nizaməddin Quliyevin işinə hakim Aytən Əliyevanın, müavinin işinə isə hakim Rəna Qafarovanın sədrliyi ilə baxılıb. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsində sabiq icra başçısı və müavini barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dekabrın 18-i Ağstafa icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.