Azərbaycanda axtarışda olan 20 yaşlı hərbçi Volqoqradda tutulub.
Unikal.org-un məlumatına görə, bu barədə Volqoqrad vilayətinin Daxili İşlər Nazirliyii məlumat yayıb. Məlumatda qeyd edilir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə və həmkarlarından pul tələb etməkdə şübhəli bilinən, Azərbaycandan axtarışda olan hərbçi Volqoqradda saxlanılıb.
Azərbaycanın hərbi müstəntiqləri respublika ərazisində hərbi xidmətdə olan 20 yaşlı kişiyə qarşı cinayət işi açıblar. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və həmkarlarından pul tələb etməkdə şübhəli bilinir, lakin o, istintaqdan qaçıb Azərbaycanı tərk edib.
Gənc oğlan sözügedən vilayətdə yaxınları tərəfindən gizlədildiyi üzə çıxıb. O, Volqoqradın Dzerjinsky rayonunda polis tərəfindən saxlanılıb.
Hazırda hərbçinin Azərbaycana ekstradisiyası üçün prokurorluğa təhvil verildiyi qeyd olunur.