Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğu məlum olub.
Unikal.org apa-ya istinadən məlumatına görə, onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham ittiham irəli sürülüb.
Xatırladaq ki, adıçəkilən şəxslər barəsində ötən gün Səbail rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.