Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı videogörütüyə münasibət bildirib.
Unikal.org xəbər verir ki, MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun təşviqat materiallarının çıxarılması ilə bağlı müraciətinə əsasən dairə seçki komissiyası qərar qəbul edərək aidiyyatı polis orqanına müraciət edib.
Məsələ tam araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək.