Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.

Yaralı vəziyyətdə olan Muradov Zülfü öz avtomobili ilə xəstəxanaya gəlib.

Həkimlərin müayinəsindən sonra məlum olub ki, yaralı sinə nahiyəsindən üç güllə yarası alıb.

O, dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.