Xəbər verdiyimiz kimi, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə idarə, müəssisə və şirkətlərin nümayəndələrinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) görüş keçirilib.  

Bəs, Xəzər dənizini çirkləndirən müəssisə və şirkətlər hansılardır? 

Məsələ ilə bağlı Unikal.org-un sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova cavab olaraq bildirib ki, təmsil etdiyi qurum tərəfindən Xəzəri çirkləndirən müəssisə və şirkətlərin siyahısı hazırlanır və bu barədə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, görüşdə Xəzəri çirkləndirən obyekt, müəssisə və şirkətlərə fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurmaları, müasir texnoloji yeniliklərin tətbiqi üçün  tələblər qoyulub.

Amid