“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi Nigar Arpadarai fevralın 9-da keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürüb.
Unikal.org xəbər verir ki, N. Arpadarai bu barədə Facebook səhifəsində məlumat verib.
O, 29 saylı Səbail seçki dairəsindən seçkiyə qatıldığını bildirib: "Ətraflı düşünəndən sonra, ailəm, yaxınlarım və hörmət etdiyim insanlarla müzakirə və məsləhətləşmədən sonra 9 Fevral tarixində keçiriləcək Milli Məclisə seçkilər prosesinə namizəd qismində qatılmağa qərar verdim. Bu gün sənədlərimi doğulduğum, yaşadığım və işlədiyim gözəl və sevimli şəhərimizin mərkəzi rayonu olan 29 saylı Səbail Seçki Dairəsinə bitərəf namizəd kimi, qeydiyyat üçün təqdim etdim. Bütün həmvətənlərimi seçki prosesində fəal iştirak etməyə və bununla da Prezidentimizin inkişaf və islahatlara yönəlmiş səylərini dəstəkləməyə çağırıram".