Lənkəranda avtomobildən oğurluq edilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də rayon ərazisində “VAZ-21013” markalı avtomobildən 860 manat və sənəd oğurlamaqda şübhəli bilinən Göyşaban kənd sakini, əvvəllər məhkum olunmuş Y.Nəsrullayev saxlanılıb.