Bakının Yasamal rayonunda kişi intihara cəhd edib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, bir kişi “20 yanvar” körpüsünə çıxaraq özünü atmaq istəyib.

Nəticədə ərazidə avtomobillərin hərəkəti iflic olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.

Aparılan tədbirlər nəticəsində kişi xilas edilib.

Faktla bağlı araşdırma aparılır.