Beyləqan Rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyev vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə mərhumun ailəsindən APA-ya bildirilib.

N. Əliyev bu gün səhər Mərkəzi Klinik Xəstəxanada vəfat edib.

Unikal.org-un məlumatına görə, 2016-cı ildə ədliyyə naziri Fikrət Məmmədov hakimlər barədə intizam icraatlarına baxaraq fəaliyyətlərində ciddi qanun pozuntularına görə Beyləqan Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət vermişdi.