Sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Unikal.org-a bildirilib ki, videogörüntülərə baxış keçirilib və araşdırma aparılır.
"Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək", - idarədən bildirilib.
Qeyd edək ki, görüntülərdə 99-YP-866 nömrəli YPX avtmobili ilə xidmət aparan polis əməkdaşının Bakı-Ələt-Qazax yolunda "Toyota" markalı avtbobilin sürücüsünü saxladığı, söhbət zamanı sürücünün cibindən nəsə çıxararaq polis əməkdaşının cibinə qoyduğu müşahidə edilir. Bundan sonra sürücü YPX əməkdaşı ilə əl görüşərək uzaqlaşır.