Səhiyyə Nazirliyi Tərtərdə polis əməkdaşının bıçaqlanması faktı ilə bağlı məlumat yayıb.
Nazirlikdən Unikal.org-a verilən məlumatda bildirilir ki, Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Xəstəxanadan verilən məlumata görə, qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub.
Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.