Bakıda əcnəbi vətəndaşın pulunu alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də əcnəbi vətəndaşı aldadıb 2000 avro pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Qasımlı saxlanılıb.