İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov növbəti səyyar görüşü rayonunun Talış kəndində keçirib.

Unikal.org xəbər verir ki, görüşdə icra başçısı Mirdaməd Sadıqov  prezident  İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlardani rayonda görülən işlərdən, gələcək planlarla bağlı kənd sakinlərinə məlumat verib.
Qəbulda iştirak edən vətəndaşlar kəndin ümumi problemlərini, həmçinin onları narahat edən şəxsi məsələləri icra başçısının nəzərinə çatdırıblar. Kəndin əsas problemlərindən yay aylarında suyun az olması, kənd məktəbinin istilik sistemində tez-tez nasazlığın yaranması, kənddə internetin zəif olması və digər məsələlərin həlli üçün M. Sadıqov aidiyyatı üzrə tapşırıqlarını verib.
Sakinlərin şəxsi problemlərinin həlli icra hakimiyyətinin məsul işçilər tərəfindən nəzarətə götürülüb.