Dövlət Turizm Agentliyi (DTA) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qoruqların iş günlərini açıqlayıb.
Agentlikdən Unikal.org-a verilən məlumata görə, 31 dekabr 2019-cu il və 1 yanvar 2020-ci il tarixlərinin qeyri-iş günü hesab olunması ilə əlaqədar DTA-nın tabeliyində olan qoruqlar 2 yanvardan etibarən ziyarətçi qəbul edəcək.
Bunlar "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq, "Basqal" Dövlət Tarix-Mədəniyyət, "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, "Lahıc" Dövlət Tarix-Mədəniyyət, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq və "Kiş" Tarix-Memarlıq qoruqlarıdır.