Ələt-Astara yolunda quraşdırılmış metal dirəylər oğurlanıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinə Ələt-Astara yolunun 128-ci kilometrliyində yolun kənarına quraşdırılmış hər biri 2 metr uzunluğunda olan 106 ədəd metal dirəyin oğurlanması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qızılavar kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş V.Əhədzadə saxlanılıb.

Araşdırma aparılır.