Şəmkirdə evdən küllü miqdarda pul və qızıl oğurlayan şəxs saxlanılıb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2000 ABŞ dolları, 80000 rubl, 780 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Ö.Əsgərov saxlanılıb.
Qeyd edək ki, ev sahibi rusiyadan Şəmkirə yeni qayıdıbmış.