Prezident İlham Əliyev Tofiq Yusuf oğlu Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, Azərbaycan müdafiə sənayesinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə T. Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Qeyd edək ki, T.Rəfiyev Müdafiə Sənayesi nazirinin müavini olub. O, bu ilin iyul ayında işdən çıxarılıb.