Bakıda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində, Binə yolunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Samir Seyfulla oğlu Əliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.