Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları, metronun “28 May” stansiyasında qatar yoluna pirotexniki vasitə atan şəxsləri saxlayıb.
Unikal.org report-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən 1998-ci il təvəllüdlü, Yardımlı rayon sakini Vüqar Hüseynli, 1996-cı il təvəllüdlü, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini Şahin Abbasov və 1998-ci il təvəllüdlü, Zəngilan rayon sakini Rövşən Məmmədov saxlanılıb.
“Bakı Metropoliteni paytaxt sərnişinlərə xəbərdarlıq edir ki, metropolitenin istifadə qaydalarına riayət etsinlər. Əks təqdirdə digər sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüləcəkdir”- deyə qurum rəsmisi əlavə edib.