Bakının Suraxanı rayonunda qətl törədilib.
Unikal.org xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
1983-cü il təvəllüdlü Dövlətov İlkin İbrahim oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Lakin həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.