İşdən çıxarılan otuzdan çox müəllim ölkə başçısına müraciət etdillər
12:43 01-11-2012
CƏMİYYƏT
İşdən çıxarılan otuzdan çox müəllim ölkə başçısına müraciət etdillər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti "Unikal" qəzetinin baş redaktoru cənab Asəf Rzayevə
Özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış, büdcədən maliyyələşən orta aylıq əməkhaqqı 01 avqust 2011-ci il tarixdən hökumət tərəfindən heç bir istisna hal nəzərdə tutulmadan 65 yaş senzi müqabilində kəsilib verilməyən məcburi köçkün müəllimlərin təkrar
ƏRİZƏ, ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRİ
Cənab Prezident, yuxarıda sözügedən məsələ ilə əlaqədar olaraq 19.09.2011, 11.11.2011, 12.12.2011, 27.03.2012-ci il tarixlərdə Sizə rəsmi qaydada müraciət edib yaşayış tərzimizin son dərəcə ağır və dözülməz olduğu və hökumət tərəfindən aclığa məhkum edildiyimizi diqqətinizə çatdıraraq rica etmişdik ki, bizim acınacaqalı faciələr içində keçən həyatımızı nəzərə alıb hökumət tərəfindən kəsilib verilməyən orta aylıq maaşımızın verilməsinə göstəriş verəsiniz.
27 mart 2012-ci il tarixli müraciətimiz Prezident Administrasiyasından əlaqədar aidiyyatı ünvanlara göndərilmişdir və həmin ünvanlarda məqsədə müvafiq tədbir görülmədiyindən yenə də Sizə müraciət etmək məcburiyyətində qaldıq. Ölkə Prezidentinin bizlər haqqında verdiyi bu və ya digər Fərman, Qərar və Sərəncamların üzərinə zaman-zaman qara örtük çəkilmiş və yenə də bu tendensiya davam etməkdədir. Belə ki Azərbaycan Respublikasının Qanunu 21 may 1999-cu il 669-1Q saylı Bakı şəhəri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 01 iyul 2004-cü il; 24c fevral 2006-cı il 373 saylı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 may 1994cü il 181 saylı qərarın 2-ci bəndi və Bakı şəhəri, 6 aprel 2012-ci il tarixli 77 saylı qərar və s.-də bizlər haqqında rəsmi olaraq heç bir məhdudiyyət qoyulmamışdır.
Hökumət sözügedən bu sərəncamlara isnadən 127-IVQ saylı 17 may 2011-ci il tarixli qərarının 10-1.2 bəndinə uyğun olaraq biz 65 yaşlı məcburi köçkün müəllim və həkimləri nəzərə ala bilərdi. Çox təəssüf ki, yuxarıda qeyd etdiyimiz kimi, hökumət əks mövqedə duraraq bizlərin erməni daşnaqları tərəfindən didərgin salındığını nəzərə almamışdır!..
Biz 27 mart 2012-ci il tarixdə 18 hökumət, dövlət rəhbərlərinə müraciət etmişdik. Bu strukturlardan Təhsil Nazirliyindən başqa 17-si cavab olaraq öz fikrini bildirmişdir.
Təhsil Nazirliyinin bizə qarşı mövqeyindən belə görünür ki, onlar biz məcburi köçkün müəllimləri bir vaxtlar hicab aksiyası keçirən mollalarla dəyişik salıb aksiyaya və ya başqa neqativ hallara sürükləyir! Biz isə öz müəllim adımızın sahibi olaraq dövlət mənafeyini həmişə, hər vaxt üstün tutmuşuq və bu gündən sonra da nə qədər ömrümüz var yenə də inanırıq ki, sözümüzün sahibi olacağıq.
Cənab Prezident, məcburi köçkün və qaçqınların həyatına qarşı süni şəkildə yaradılmış bir neçə qaranlıq məqamların olduğunu bir daha diqqətinizə çatdırmağa üstünlük verməli olduq.
Qərbi Azərbaycandan olan soydaşlarımızın qaçqın statusu götürüldüyü kimi, bu əməliyyat bizə qarşı da yönəldilmişdir. Humanitar yardımlar kəsilmiş, kommunal xərclər azaldılmış, idarə, müəssisə və təşkilatlarda işləyənlərin çörək pulu kəsilmişdir. Yeni doğulan uşaqlar köçkün rayonların adına göstərilmir. Yeni evlənənlərin biri məcburi köçkün, digəri isə məcburi köçkün ailənin övladı deyilsə, onların məcburi köçkün statusu bilərəkdən ləğv edilir. 20 il ərzində köçkünlük şəraitində doğulanlar Qarabağ torpağının nə olduğunu bilmir. Gələcəkdə Vətən torpağına sahib çıxıb bir lokomotiv olaraq gənc nəslə örnək olan yaşlı insanlara isə hər cür maneələr yaradılır və s.
Hökumət 13 mart 2007-ci il tarixdə 50 saylı qərar qəbul edərək 1994-cü il 10 may taraixli 181 saylı qərara xitam vermişdir. Həmin vaxt hökumət tərəfindən bizlərə qarşı görülən bu neqativ tədbir respublika daxilində məcburi köçkün düşmüş, 10 rayonun 800 min insanı arasında böyük ajiotaja səbəb olmuşdur. Prezident və Prezident Administrasiyasının müdaxiləsi nəticəsində Hökumət təzədən 1994-cü il 10 may tarixli 181 saylı qərara 22 avqust 2007-ci ildə 130 saylı qərarla bərpa etmək məcburiyyətində qalmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev 2012-ci il üçün məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün 300 milyon manat ayırmışdır. Belə bir halda hökumət 65 yaş senzini bəhanə edib son dərəcə ağır bir "yükü" böynumuza yükləmişdir. Hökumət müraciətimizə cavab olaraq guya "qanun hamı üçündür" deyir. Yuxarıda qeyd etmişdik. Hökumətin bu qanunu göründüyü kimi hamı üçün deyil.
Digər bir məqam: Hamının torpağı işğal olunmayıb. Hamıya 60 milyard manat ziyan dəyməyib. Hamının dədəsinin qəbri düşmən tapdağında qalmayıb. Nəhayət, hamı yaşlı vaxtında uşaq bağçalarında, yataqxanalarda, zirzəmilərdə yaşamır. Yalnız biz taleyi qara gəlmişlərik!
Hamı işləyənlər işlədikləri müddətdə yüksək maaş almış və bunun müqabilində də yüksək pensiya ilə təmin olunublar. Biz işləməyən aylıq cüzi maaş alan məcburi köçkün müəllim və həkimlər almış olduğumuz az maaşın müqabilində də çox az miqdarda - 130-150 manat pensiya ilə təmin olunmuşuq ki, bu da həkimlərin yazdığı reseptlərin pulunu ödəmir.
Keçən bu 20 il ərzində ixtisasımıza ehtiyac olduğu bir halda süni şəkildə bizlərə maneə yaradılaraq işlə təmin edilməmişik. Fakt - Sumqayıt şəhərində köçkün rayonların 10-15 orta məktəbinin heç birində və Sumqayıt şəhərinin 48 orta məktəbinin 40-da Əli müəllim ixtisasında (tarix-ictimaiyyət) müəllim yoxdur. Belə bir halda rəsmi və qeyri-rəsmi olaraq işlə təmin edilməyimiz üçün edilmiş müraciətlərimiz nəzərə alınmamışdır.
Cənab Prezident, bu gedişatda ən dəhşətli görüntü yuxarıda qeyd etdiymiz kimi Qərbi Azərbaycanlı soydaşlarımızın qaçqınlıq statusu qəsdən ləğv edildiyi kimi biz Qarabağdan məcburi köçkün düşmüşlərin məcburi köçkün statusu da ləğv edilib. Qarabağ adı unutdurulub, mənfur düşmənlərimizin qondardığı "Artsaq" adının yaradılacağıdır.
Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasındakı bizlərə aid hüquqlar hökumət tərəfindən qəsdən pozulmuşdur!..
Ən nəhayət, biz Prezident və Prezident Administrasiyasının, Azərbaycan dövlətinin düşünən beyni, döyünən ürəyi və vuran biləyi hesab edərək yuxarıda Allahın, aşağıda isə Sizin ətəyinizdən tutub rica ilə xahiş edirik. Yaşamağımızın qarantı olan 01 avqust 2011-ci il tarixdən süni şəkildə hökumət tərəfindən kəsilib verilməyən maaşımızın verilməsinin tərəfdarı olub bizlərə dayaq olun.
Ya ətəyinizi kəsin, ya da əlimizi... Ya da...
Hörmətli redaksiya! Sizə ünvanladığımız bu məcburi qaçqın və köçkün müəllimlərin xahişini nəzərə alıb etdiyimiz müraciəti olduğu kimi qəzetinizdə dərc etməyinizi xahiş edirik.
Hörmətlə:
1.Əli Paşayev
2ş Xurşud İsmayılov
3.Yaxşı Nəcəfova
4.Telman İsmayılov
5.İbrahim Əliyev
6.Əhrəman Quluyev
7.İsfəndiyar Nuriyev
8.Həbib Qurbanov
9.Aslan Əhmədov
10.Fətiş Məhərrəmov
11.Kamran Əliyev
12.Mehbalı Babayev
13.Telman Bayramov
14.Kamal Məmmədov
15.Adıgözəl Şükürov
16.Zülfəli Məhərrəmov
17.Əşir Əhmədov
18.Yusif Feyziyev
19.Mələk Əhmədova
20.Famil Alıyev
21.Marusa Nəcəfova
22.Səfər Səfərov
23.İlyas İsmayılov
24.Elmira Əhmədova
25.Hidayət Məmmədov
26.İlyas Sadıqov
27.Ələsgər Əliyev
28. Tofiqə Nəcəfova
29.Bayram Bayramov
30.İzzət Bağırov
Ünvan: Sumqayıt şəhəri, 11-ci mikrorayon, bina 2B, mənzil 33. Əli Paşayev.
Digər Xəbərlər
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51