Space Tv də Amil Xəlilin «Gəl dərdini danış» verilişində ötən gün müəmmalı hadisədən danışılıb.
Unikal.org xəbər verir ki, verilişə müraciət edən Eldar bəy oğlunun 7 nəfər tərəfindən bıçaqlandığını bildirib. Onun sözlərinə görə oğlu 7 nəfər tərəfindən Nizami rayonunda tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Elvin bıçaqlanandan sonra xəstəxanaya yerləşdirilib. Atanın sözlərinə görə oğlunu bıçaqlayan şəxslərin heç biri həbs edilməyib. «Oğlum Elvini al-qan içində xəstəxanaya aparıblar. Bir müddət sonra polis əməkdaşları ilə birgə hadisə yerinə gediblər. Oğlum onu bıçaqlayanların ikisini tanıyıb. Daha sonra dedilər ki, Elvin çanta oğurlayıb. Ad çəkdilər. Həmin evə getdik. Qadın dedi ki, mənim çanatmı oğurlayan olmayıb. İndi aylardı Elvin evə gəlmir. Onu qorxudublar ki, gələn kimi səni həbs edəcəyik. Elvin də ailəsini və uşaqlarını atıb gizlənir. Özü əvvələr polis əməkdaşı olub" deyə Eldar bəy bildirib.
Bir az sonra Elvin verilişə qoşulub. O, atasının açıqlamalarını təsdiq edib. «Məni bıçaqlayanları tanıdım. Amma onları yox məni həbs edəcəklərini bildirirlər. Mən oğurluq etməmişəm.»
Ekspertlər isə ata ilə oğlun yanlış düşündüyünü və dövlətin çağırışına gəlməyi məsləhət görüblər. «Sizi heç kim həbs etməyəcək. Əmin olun. Kim sizi qorxudubsa boş şeydi. Elvin gəlib rahatlıqla məhkəməyə çıxa bilər. Biz nə laızmdırsa etməyə hazırıq.» deyə ekspertlər açıqlama verib.
Həmin anları sizə təqdim edirik. Qeyd edək ki, sosial-krminal layihə həftə içi hər gün saat 12:50 də Space Tv-də yayımlanır.